Plastik həyatımızın ayrılmaz hissəsinə çevrilib, lakin son elmi tədqiqatlar bu rahatlığın görünməyən təhlükəsini üzə çıxarır. Hər nəfəsimizlə minlərlə mikroplastik zərrəcik orqanizmimizə daxil olur — və bu, düşündüyümüzdən daha ciddi sağlamlıq riski daşıyır.
Mikroplastik nədir və niyə təhlükəlidir?
Mikroplastik – diametri 5 millimetrdən kiçik olan plastik hissəciklərdir. Xüsusilə 1–10 mikrometr ölçüsündə olanlar təhlükəlidir, çünki onlar ağciyərlərə, oradan da qan dövranına keçə bilər. Bu zərrəciklərin infarkt, insult və demensiya riskini artırdığı ehtimal olunur.
Hər nəfəsdə neçə zərrəcik var?
Fransız alimləri Raman spektroskopiyası ilə mənzillərdə və avtomobillərdə mikroplastik miqdarını ölçüblər:
Əsasən polietilen (paketlərdən) və poliamid (avtomobil salonlarından) hissəciklərinə rast gəlinib.
Gündəlik və illik qəbul nə qədərdir?
Avropa normativlərinə görə:
Bu rəqəmlər az görünə bilər, amma uzunmüddətli təsirləri ciddi ola bilər.
Görünməz, lakin real təhlükə
Mikroplastik hissəciklərin sağlamlığa konkret təsirləri hələ tam sübut olunmasa da, onların havada bu qədər yayılması narahatedicidir. Nəfəs aldığımız hava təkcə oksigenlə yox, plastiklə də doludur — və bu, görmədiyimiz, amma artan bir təhlükədir.
Hazırladı:
S.ELAY
XQ