Sumqayıt şəhərində yerləşən Baxça Şəhər Yaşayış Kompleksində yanğın baş verib.
Operativ Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə dərhal cəlb olunaraq operativ müdaxilə həyata keçiriblər.
Yanğının qarşısı qısa müddətdə alınıb və geniş əraziyə yayılmasına imkan verilməyib.
Məlumata görə, hadisə zamanı təhlükəsizlik məqsədilə təxliyə prosesi də təşkil olunub.