AZ

Azərbaycanda DƏHŞƏT: Ölənlər var

İmişlidə üç nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

News24.az xəbər verir ki, hadisə ötən gün səhər saat 12:00 radələrində baş verib.

Belə ki, yük avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində Cahar kənd sakinləri 1964-cü il təvəllüdlü Vidadi Cəfərov, 1964-cü il təvəllüdlü Gülbəniz Cəfərova və 1956-cı il təvəllüdlü Vilayət Abbasova həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
16
1
news24.az

2Mənbələr