AZ

“Neftçi” ilə müqavilə imzalayan braziliyalı - Gələn həftə gəlir

Braziliyalı müdafiəçi İqor Ribeyro tezliklə “Neftçi”nin düşərgəsinə qoşulacaq.

Sportinfo.az xəbər verir ki, daha əvvəl “Neftçi” ilə müqavilə imzalayan 28 yaşlı "sambaçı" Konfrans Liqasının II təsnifat mərhələsinin son oyunlarında “Araz-Naxçıvan”ın heyətində “Aris”ə qarşı (2:1, 2:2) matçda meydana çıxıb.

Onun Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Omoniya” ilə görüşlərinə qədər komandadan ayrılacağı gözlənilir.

Bu barədə klublar arasında müzakirələr aparılıb. Üstəlik, Yunanıstandakı cavab oyununda birbaşa qırmızı vərəqə alan İqorun “Omoniya”ya qarşı ən azından bir matçı buraxacağı dəqiqdir.

Qarşıdakı həftə Ribeyronun “Neftçi”də məşqlərə başlayacağı ehtimal olunur.

Braziliyalının "Neftçi" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimi qüvvədədir.

Seçilən
0
sportinfo.az

1Mənbələr