AZ

İngiltərə klubu "Milan"ın yarımmüdafiəçisinə elçi düşdü

"Milan"ın yarımmüdafiəçisi Yunus Musa karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Nottingem Forest" maraqlıdır. 

"Meşəbəyilər"in İtaliya nəhənginə rəsmi təklif göndərəcəyi vurğulanıb.

22 yaşlı amerikalı "Milan"ın yeni məşqçisi Massimiliano Alleqrinin planlarına daxil olmadığı üçün satışa çıxarılb. "Qırmızı qaralar"ın daha öncə "Napoli"nin bu oyunçu üçün göndərdiyi 25 milyon avroluq təklifi geri çevirdiyi bildirilib. Milanlılar Yunusun satışından 30 milyon avro qazanmağı planlaşdırırlar.

Xatırladaq ki, Musa 2023-cü ildən "Milan"da çıxış edir. 

Nihat

Seçilən
61
fanat.az

1Mənbələr