Rusiyanın Krasnodar diyarında daşqın olub, suya düşənlər xilas edilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Krasnodar diyarında yağan güclü yağışlar nəticəsində Defan çayının səviyyəsi kəskin qalxıb.
Dörd nəfər körpüdən suya düşüb.
Туапсинсk rayonunda da vəziyyət ağır olaraq qalır. Bu gün səhər Dəfanovka kəndində körpüdən keçən şəxsləri güclü axın ilə əlaqədar ağaca dırmaşaraq sağ qalmağı bacarıblar və xilasedicilər tərəfindən xilas olunublar.
Bu kənddə içərisində 25 nəfər olan sərnişin avtobusu da körpüdən çaya düşüb. “Kuban-SPAS” xilasedicilərinin operativ müdaxiləsi nəticəsində bütün sərnişinlər xilas edilib.
Təhlükəli vəziyyət digər yaşayış məntəqələrində də hökm sürür
Olqinka da həyəcan siqnalları verilib. Tu və Kabak çaylarının səviyyəsi kəskin qalxıb. Moldovanovkada küçələri su basıb. Lermontovo kəndində isə qəzalı vəziyyətdə olan körpü tamamilə dağılıb.
Yollar bağlanıb, uşaqlar təxliyə edilir
Moldovan keçidində sürüşmə səbəbindən nəqliyyat hərəkəti müvəqqəti dayandırılıb, Cübqa yaxınlığında isə əks istiqamətli hərəkət rejimi tətbiq olunub. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hazırda təhlükəli bölgələrdən uşaq turist qrupları təxliyə olunur.