AZ

Millət vəkili Pezeşkianı daşqalaq etdi: “Niyə Bakıda “Yaşasın Azərbaycan!”ı eşidəndə…”

Məsud Pezeşkianın Azərbaycan və İsrail barəsində bəyanatına İran parlmentinin deputatı Həmid Rəsai münasibət bildirib.

Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, o, İran prezidentini tənqid edərək deyib:

"Bu nə bəyanatdır? Yəni problem özümüzdədir ki, biz Azərbaycan Respublikası ilə dost ola bilməmişik, amma İsrail dostluq yarada bilib?!" Pepperoni pizza

Həmid Rəsai prezidentə bəyanatlarında diqqətli olması və düşmənlərə bəhanə verməməsinin vacibliyini tövsiyə edib: "Zəncanda səsləndirdiyiniz son bəyanatlar İran və Azərbaycan xalqları düşmənlərinin dəyirmanən su tökməkdir".

İslami Şura Məclisinin (parlament) nümayəndəsi Məsud Pezeşkianı bəyanatında "iki əsas qüsuru" qabardıb: "Birincisi, İranı ittiham edir, ikincisi, İsraili Azərbaycanın dostu kimi təqdim edir, İsrail isə Azərbaycan xalqının deyil. İsrail bir gün 60 Təbrizlini şəhid etdiyi kimi, bir gün Azərbaycan xalqını da qırıb-tökəcək".

"Zəngəzurun bizim üçün kiçik bir məsələ olduğunu söyləmək İslam Respublikasının siyasətlərinə və Ali Rəhbərin göstərişlərinə ziddir. Özünüz Rəhbərin sözü önəmlidir dediyiniz halda, niyə Bakıda “Yaşasın Azərbaycan!”ı eşidəndə "Azərbaycan da Təbriz kimidir" deyirsiniz? Halbuki əsla belə deyil. Prezidentin bu mövqeyi zərərlidir və belə bir qənaətə gətirir ki, bu vəzifə daha bacarıqlı və həssas adamlara layiqdir", - deyə Rəsai əlavə edib.


Telegram kanalımız
Seçilən
25
1
yenisabah.az

2Mənbələr