AZ

BMT: Qəzzada ərzaq növbəsində 100-dən çox insan həlak olub

Birləşmiş Millətlər Təşkilatı (BMT) son iki gündə Qəzzada İsrailin "hərbi" yardım paylama məntəqələrindən ərzaq almağa çalışan 100-dən çox insanın öldüyünü və yüzlərlə insanın yaralandığını bildirib.

BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında Qəzzədəki hadisələrlə bağlı məlumat verib.

Qida almaq üçün heç kimin həyatını riskə atmaması lazım olduğunu vurğulayan Haq, mülki şəxslərin hər zaman qorunmalı olduğunu söylədi.

O, kifayət qədər yardımın əhaliyə sərbəst şəkildə paylanmasının təmin edilməsinin vacibliyini vurğulayıb və aylarla davam edən çatışmazlıqların böhranı daha da pisləşdirdiyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bunun üçün Qəzzaya yardımın çatdırılması qarşısındakı maneələrin aradan qaldırılması və humanitar işçilərin öz işlərini tez və təhlükəsiz şəkildə yerinə yetirmələrinin təmin edilməsi lazımdır.

Haq bildirib ki, son iki gün ərzində Qəzzada 100-dən çox adam İsrailin "hərbi" yardım paylama məntəqələrindən ərzaq almağa çalışarkən həlak olub, yüzlərlə adam yaralanıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
7
azerbaijan-news.az

1Mənbələr