Yay fəsli qarpıza tələbatın çox olduğu mövsümdür.
Hazırda market və bazarlarda qarpızın bir kiloqramı 40-45 qəpiyə satılır.
Mütəxəssislər isə gündə nə qarpız yeyilə biləcəyini açıqlayıblar. Məlum olub ki, sağlam insan orta hesabla yarım kiloqram qarpız yeyə bilər.
“Cebheinfo.az” xəbər verir ki, dəqiq doza qarpızların özündən və onların tərkibində müxtəlif zərərli komponentlərin olmasından asılıdır. Həkimlərin sözlərinə görə, əgər söhbət yaxşı qarpızdan gedirsə, o zaman gündə orta hesabla 400-500 qram yemək olar. Bu norma qarpızın sulu struktur olduğunu nəzərə alaraq hesablanır.
Beləliklə, sağlamlığa zərər vermədən, hər birinin çəkisi təxminən 150 qr olmaq şərti ilə 3-4 böyük dilim qarpızdan ləzzət ala bilərsiniz.