AZ

Hindistan Trampın hədələrinə baxmayaraq Rusiyadan neft idxal etməyə davam edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan hökumət rəsmiləri neft idxal siyasətində heç bir dəyişiklik olmadığını bəyan ediblər.

Banco.azxəbər verir ki, The New York Times qəzetinin məlumatına görə, məsələnin həssaslığı səbəbilə adlarının açıqlanmasını istəməyən iki Hindistan hökumət rəsmisi bu məlumatı bölüşüb.

Mənbələrdən biri deyib: “Bunlar uzunmüddətli neft müqavilələridir, bir gecədə neft alımını dayandırmaq o qədər də asan deyil.”

Tramp bir neçə gün əvvəl Truth Social platformasında paylaşdığı məlumatda Hindistanın Rusiyadan silah və neft idxalına görə əlavə sanksiyalarla üzləşə biləcəyini bildirib və gömrük rüsumunun faiz dərəcəsini 25 faiz olduğunu açıqlamışdı.

Cümə günü jurnalistlərlə danışan Tramp Hindistanın artıq Rusiyadan neft almayacağını eşitdiyini söyləyib.

Lakin NYT bu gün adları açıqlanmayan iki yüksək vəzifəli Hindistan rəsmisinə istinadən Hindistan hökumətinin siyasətində heç bir dəyişiklik olmadığını qeyd edib. Rəsmilərdən biri hökumətin neft şirkətlərinə idxalı azaltmaqla bağlı heç bir göstəriş vermədiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
14
banco.az

1Mənbələr