“Qalatasaray”ın sabiq futbolçusu Kerem Aktürkoğlu karyerasını Türkiyənin digər nəhəngi “Fənərbağça”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliyanın “Benfika” klubunun futbolçusu olan Kerem, İstanbul təmsilçisinə keçməyə müsbət yanaşır.
Məlumata görə, 26 yaşlı sol cinah vingeri illik 5 milyon avro maaş tələb edir. “Benfika” isə onun transferi üçün 25 milyon avro qarşılığında satışa razıdır.
Fərid Nəsibov