AZ

Ermənistan Rusiyaya görə təlaşa düşdü 475 ildən sonra

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Kamçatkada 500 ilə yaxındır səssiz qalan vulkan oyanıb”.

Globalinfo.az xəbər verir ki, bunu “Hidrometeorologiya və Monitorinq Mərkəzi” SNOC-un direktoru Levon Əzizyan deyib.

“Kraşeninnikov vulkanı özündən üç dəfədən çox – 6 kilometr hündürlüyə çatan kül sütunu püskürdüb. Sonuncu dəfə 1550-ci ildə belə hadisə olmuşdu. Vulkana “narıncı” aviasiya təhlükəsi kodu verilib, yəni onun fəaliyyəti alçaqdan uçan təyyarələr üçün təhlükə yarada bilər. Fövqəladə Hallar Nazirliyi ətraf ərazilərə baş çəkməməyi və xüsusilə vulkana qalxmağa cəhd etməməyi tövsiyə edib”, – deyə o bildirib.

Qeyd edilib ki, Kraşeninnikov vulkanı Petropavlovsk-Kamçatkadan təxminən 200 km məsafədə yerləşir.

Xatırladaq ki,avqustun 3-də  Kamçatkada 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Bundan əvvəl iyulun 30-da səhər Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib.

Kraşeninnikov vulkanı

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr