Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp tarif dərəcələrinə qarşılıqlı əsasda dəyişiklik edilməsini təklif edən sərəncam imzalayıb.
Banco.azxəbər verir ki, Ağ Ev tərəfindən verilən açıqlamada bildirilib ki, Prezident Donald Trampın imzaladığı fərmanla ABŞ-ın artmaqda olan illik mal ticarəti kəsirlərini daha da azaltmaq məqsədilə bəzi ölkələrə qarşı qarşılıqlılıq prinsipinə əsaslanan gömrük rüsumlarında dəyişiklik edilib.
Açıqlamada qeyd olunub ki, Trampın 2 aprel tarixində qarşılıqlılıq prinsipinə əsaslanan tariflərlə bağlı verdiyi açıqlamadan sonra bəzi ölkələr ABŞ-la əhəmiyyətli ticarət və təhlükəsizlik sazişləri bağlamağı qəbul edib və ya buna yaxınlaşıb. Bəzi ölkələrin ABŞ-a danışıqlar yolu ilə təkliflər təqdim etdiyi, bəzilərinin isə ümumiyyətlə ABŞ-la heç bir danışıqlara başlamadığı bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, Tramp bəzi ölkələr üçün qarşılıqlılıq prinsipinə əsaslanan tarif dərəcələrinin dəyişdirilməsinin zəruri və uyğun olduğuna qərar verib.
Fərmanda adı keçən ölkələrin göstərilən faizlərlə gömrük rüsumuna tabe tutulacağı, siyahıda yer almayan ölkələrə isə 10 faizlik tarifin tətbiq ediləcəyi bildirilib.
Türkiyə üçün 15% gömrük rüsumu nəzərdə tutulur.
Bu tarif dərəcələri fərman dərc edildikdən yeddi gün sonra qüvvəyə minəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!