AZ

Çin nüvə arsenalını artırır: Pekinin əsl məqsədi nədir?

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Hudson İnstitutunun yeni hesabatına əsasən, Çin nüvə strategiyasını dəyişərək onu sadəcə çəkindirmə vasitəsindən ABŞ-ın müttəfiqlərinə təzyiq və Asiya-Sakit okean regionunda dominantlıq alətinə çevirir.

Qaynarinfo xəbər verir ki, bu haqda "Fox News” məlumat yayıb.

Analitiklərin proqnozuna görə, 2030-cu illərin ortalarına qədər Çin ABŞ ilə nüvə paritetinə çata bilər. Bu zaman Pekinin əlində 1000-dən çox başlıq, modernləşdirilmiş arsenal və tam nüvə triadası olacaq. Hesabata əsasən, Pekinin məqsədi birbaşa müharibə başlatmaq deyil, əksinə, Yaponiya, Cənubi Koreya və Filippin kimi ölkələrin ABŞ-ın "nüvə çətirinə” olan etibarını sarsıtmaqdır.

Sənəddə qeyd olunur ki, Çin nüvə ritorikasından, psixoloji təzyiqdən və informasiya kampaniyalarından aktiv şəkildə istifadə edir. Məqsəd isə dövlətləri, xüsusilə Tayvan ətrafında silahlı münaqişə baş verəcəyi halda, strateji passivliyə sürükləməkdir. Bundan başqa, Çin hipersəs raketləri və orbit zərbə sistemləri kimi müasir texnologiyalara geniş investisiya yatırır.

Hudson İnstitutu ABŞ-a aşağıdakı addımları atmağı tövsiyə edir:

* Çinlə silahlara nəzarət üzrə illüziyalardan imtina etmək;

* Yaponiya başda olmaqla, müttəfiq ölkələrdə nüvə silahının yayılmasının qarşısını almaq;

* Regionda adi silahlı qüvvələri gücləndirmək;

* Çinin nüvə təzyiqinə əsaslanan informasiya kampaniyalarına qarşı çıxmaq.

Nəticə olaraq, hesabat müəllifləri qeyd edirlər ki, Çin tərəfindən nüvə gücünün artırılması Qərbdə qorxu yaratmamalı, əksinə, demokratik ölkələr arasında qətiyyəti, əməkdaşlığı və müdafiə qabiliyyətlərini daha da gücləndirməlidir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr