Suriyanın Süveyda bölgəsində yenidən toqquşmalar başlayıb.
APA-nın xəbərinə görə, bu barədə Suriyanın “Ekhbariya TV” dövlət telekanalı məlumat yayıb.
Ötən gecə Süveydada təhlükəsizlik qüvvələrinə hücum olub. Nəticədə 1 nəfər ölüb, yaralılar var.
Qeyd edək ki, Süveydada 13 iyul tarixində Bədəvi ərəblərlə bəzi Dürzi qruplar arasında silahlı toqquşmalar başlayıb. Müdaxilə üçün bölgəyə gələn Suriya təhlükəsizlik qüvvələri pusquya salınıb.
Genişlənən qarşıdurmalar atəşkəslə dayandırılsa da, Hikmət əl-Həcriyə bağlı Dürzi qüvvələri atəşkəsi pozub.
İsrail ordusu 16 iyulda Suriya Prezident Aparatı, Baş Qərargah və Müdafiə Nazirliyini hədəfə alıb.
Suriya ordusu Süveydadan geri çəkildikdən sonra Həcri qrupu Bədəvi ailələri məcburi köçürməyə və edamlara başlayıb. Xaricdən minlərlə döyüşçü Bədəvi ərəblərə dəstək üçün bölgəyə gəlib.
İyulun 20-də Suriyanın Əs-Suveyda şəhərində silahlı qarşıdurmalar tamamilə dayandırılmışdı.