Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce söyləyib.
Xəttin istifadəyə verilməsini Azərbaycanın enerji ixracı tarixində mühüm bir mərhələ kimi dəyərləndirən şərhçi deyib: “Bu layihə ilə Cənubi Qafqazla Yaxın Şərq arasında yeni bir enerji körpüsünün əsası qoyuldu. Hazırda Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Azərbaycan bu layihə ilə enerji ixrac coğrafiyasını Yaxın Şərqə doğru genişləndirir. Bununla Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 14-ə çatır. Müasir beynəlxalq münasibətlərdə enerji təchizatı əhəmiyyətli “yumşaq güc” alətidir”.
Professor bildirib ki, uzun illər davam edən münaqişələr nəticəsində Suriyanın infrastrukturunun böyük hissəsi dağılıb: “Elektrik enerjisi təminatının artırılması, əsas ictimai xidmətlərin bərpası və dövlət imkanlarının gücləndirilməsi baxımından bu ölkə üçün enerji həyati əhəmiyyət kəsb edir. Enerji təchizatının artması Suriya iqtisadiyyatının dirçəlməsi üçün təkanverici qüvvə rolunu oynaya bilər”.
4Mənbələr
-
azerbaijan-news.azTürkiyəli professor: Azərbaycan qazının Suriyaya ötürülməsi bölgədə sabitliyin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır ( 19982662)
-
xalqqazeti.azTürkiyəli professor: Azərbaycan qazının Suriyaya ötürülməsi bölgədə sabitliyin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır ( 19975589)
-
demokrat.azAzərbaycan qazının Suriyaya ötürülməsi bölgədə sabitliyin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır ( 19975517)
-
demokrat.az"Azərbaycan qazının Suriyaya ötürülməsi bölgədə sabitliyin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır" ( 19975259)