AZ

Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı - FOTO

Səhər saatlarından əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

Bizim.Media xəbər verir ki, hadisə Xaçmaz şəhərinin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, ticarət obyektinin dam örtüyü uçaraq yolun kənarında dayanan avtomobillərin üzərinə aşıb.

Nəticədə "Hyundai", "Mercedes", "QazEl" markalı üç avtomobilə və rabitə xətlərinə ziyan dəyib.

Prospektdə avtomobillərin hərəkəti dayandırılıb.

Qeyd edək ki, insident zamanı xəsarət alan olmayıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
20
5
bizim.media

6Mənbələr