"Sauthempton"un qapıçısı Aaron Ramsdeyl karyerasını digər İngiltərə klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 27 yaşlı qolkiperi "Nyukasl" 1 mövsümlük icarəyə götürüb.
Məlumatı "sağsağanlar"ın mətbuat xidməti yayıb.
Razılaşmaya əsasən "ağ-qaralar" sonradan Ramsdeylin transfer hüquqlarına yiyələnə bilərlər.
Xatırladaq ki, Ramsdeyl “Sauthempton”a ötən ilin yayında “Arsenal”dan keçmişdi.
Nihat