Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avstraliyanın şərqindəki bir neçə şəhər onilliklərin ən güclü qarına bürünüb. Avtomobillər qapalı qalıb və minlərlə evin elektrik enerjisi kəsilib.
“Cebheinfo.az” xəbər verir ki, Yeni Cənubi Uels Dövlət Fövqəladə Xidməti bəzi ərazilərə 50 sm-ə qədər qar yağdığını, digərlərinə isə 10 sm-dən çox yağış yağdığını bildirib. Bazar günü vəziyyət bi az yaxşılaşıb.
Avstraliya Yayım Korporasiyasının məlumatına görə, Yeni Cənubi Uelsin şimal-qərbində yerləşən Yeni İngiltərə bölgəsinin bəzi hissələrinə 20 ilin ən güclü qar yağdığı halda, “Sidney Morning Herald” qəzetinə görə qonşu Kvinslend ştatının bir bölgəsinə son 10 ildə ilk qar yağıb.
Fövqəladə Hallar Xidməti 1455-dən çox hadisəyə cavab verdiyini, 100-dən çox avtomobilin qar altında qaldığını söyləyib. Fırtınaların binalara da ziyan vurduğu, bir neçə böyük daşqın xəbərdarlığı edildiyi bildirilir.
ABC-nin məlumatına görə, on minlərlə ev bir gecədə işıqsız qalıb.
Avstraliyanın ən sıx məskunlaşma olan Yeni Cənubi Uels ştatının polisi bildirib ki, şənbə gecəsi avtomobil sel sularında ilişib və sərnişinlərdən biri, 20 yaşlarında bir qadını aparıb. Onun axtarışları bazar günü də davam etdirilib.
“Higgins Storm Chasing” qarda ilişib qalmış kenquru şəklini yayımlayıb.
Xəzər
“Cebheinfo.az”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.