AZ

Elçin Əfəndiyevin dəfn yeri açıqlandı

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev News24.az-a məlumat verib.

Onun sözlərinə görə, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda dəfn ediləcək.

“Dəfn mərasimi ilə bağlı bütün məsələlər dövlət səviyyəsində təşkil olunur. Elçin müəllimin Birinci Fəxri Xiyabanda dəfn ediləcəyi artıq qərara alınıb. Dəqiq vaxt və mərasimlə bağlı digər təfərrüatlar isə rəsmi şəkildə yaxın zamanda ictimaiyyətə açıqlanacaq”, – deyə Çingiz Abdullayev bildirib.

Seçilən
20
19
publika.az

10Mənbələr