AZ

Messi zədələndi, baş məşqçisi açıqlama verdi

“İnter Mayami”nin 38 yaşlı argentinalı ulduzu, veteran mərkəz hücumçusu Lionel Messi zədələnərək sıradan çıxıb.

Arena.az məlumat verir ki, xoşagəlməz hadisə Liqalar Kubokunun “Nekaksa” ilə 2-ci tur ev oyununda (2:2, penaltilərlə 5:4) yaşanıb.

Zədə almış “Leo” oyunun 11-ci dəqiqəsində əvəzlənib.

“İnter Mayami”nin baş məşqçisi, 41 yaşlı argentinalı mütəxəssis Xavyer Maskerano ulduz hücumçunun zədəsi ilə bağlı açıqlama verib:

“Messi dizaltı vətərində rahatsızlıq hiss edib, biz zədənin dərəcəsi haqda sabah məlumat alacağıq. Amma bu, elə də ciddi olmaya bilər, çünki o, güclü ağrı hiss etməyib, ancaq narahatlıq duyub”, deyə Maskerano oyunsonrası mətbuat toplantısında bildirib.

Seçilən
12
arena.az

1Mənbələr