AZ

Maskeranodan Messi ilə bağlı yayılan şayiələrə reaksiya: Eşitmişəm, ancaq…

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Amerika klubu ilə müqaviləsini uzadacağı ilə bağlı yayılan xəbərlər fonunda Lionel Messinin gələcəyi haqda danışıb.

Publika.az xəbər verir ki, daha əvvəl məlumat yayılmışdı ki, “qaralar”ın kapitanı tezliklə “İnter Mayami” ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadacaq.

“Leoya gəlincə, hamımız ümid edirik ki, o, müqaviləni yeniləyəcək. Bu, onun klubla birlikdə verəcəyi qərar olacaq – şəxsi müzakirələr aparacaqlar. Vaxtı gələndə və razılıq əldə olunarsa, bunu açıqlayacaqlar. Mən də bu söz-söhbətləri eşitmişəm, ancaq onu deyə bilərəm ki, hamımız onun bizimlə qalacağına ümid edirik”, – “Goal” Maskeranodan sitat gətirib.

Seçilən
0
publika.az

1Mənbələr