Türkiyədə anestezik qaz istehsalı müəssisəsində partlayış baş verib. Nəticədə iki işçi ölüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Hadisə Tekirdağ vilayətinin Ergene rayonunda qeydə alınıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Partlayışın səbəbi məlum deyil.