AZ

Avropanın AES-ləri istilik səbəbindən gücünü azaldır

Avropadakı atom elektrik stansiyaları regiondakı anomal istilər səbəbindən gücünü azaltmaq məcburiyyətində qalıb, Avropa elektrik sistemi kondisionerlərin istifadəsinin kəskin artımı səbəbindən ciddi yüklənməyə məruz qalıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin iyun ayı qərbi Avropada müşahidə tarixində ən isti olub, bu da kondisionerlərin istifadəsinin artmasına və elektrik enerjisinin qiymətinin kəskin artmasına səbəb olub.

Nəşr Avropa Elektroenergetika Assosiasiyasına (“Eurelectric”) istinadla yazır ki, iyunun 23-dən iyulun 3-dək güclü istilərin pik həddə çatdığı iki həftə ərzində Aİ-də elektrik enerjisinə ümumi tələbat əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 % artıb, İspaniyada isə eyni iki həftə ərzində 16 % artım müşahidə olunub.

Bu yay Avropanın enerji sistemləri ciddi şəkildə gərginləşib, çünki təkrarlanan həddindən artıq istilik dövrləri elektrik enerjisinə olan tələbin artmasına səbəb olub və elektrik stansiyalarını istehsalını dayandırmağa məcbur edib.

Eyni zamanda, isti hava bəzi nüvə elektrik stansiyalarını gücünü azaltmağa və ya müvəqqəti olaraq bağlamağa məcbur edib. Qeyd olunur ki, Fransa və İsveçrədə yerləşən AES yayda fəaliyyətini dayandırıb və ya azaldıb, çünki isti havalarda reaktorların soyudulması daha çətindir.

Seçilən
22
2
manset.az

10Mənbələr