AZ

İstirahət zonalarında oğurluq edən şəxslər saxlanılıblar

Bakı. Trend:

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraqəhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarınakütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən buərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.

DİN-dən Trend-əverilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi iləyanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunmasıməqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formadaaşkar və gizli şəkildə xidmət aparırlar.

Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfərsaxlanılıb.

Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar—çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pulvəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digərqiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təminolunub.

Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhərvə rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinətəhvil verilib.

Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarındatəhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davametdirirlər.

Seçilən
3
36
az.trend.az

10Mənbələr