AZ

“Mançester Siti” Lukas Paketanın transferində israrlıdır

Idmanxeber.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketa “Mançester Siti”nin transfer hədəfinə çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola 27 yaşlı futbolçunun oyun tərzini yüksək qiymətləndirir. Bu səbəbdən ispaniyalı mütəxəssis Paketanın transferini klub rəhbərliyindən tələb edib.

Qeyd edək ki, Lukas Paketanın “Vest Hem”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Fərid Nəsibov 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
idmanxeber.az

2Mənbələr