Superağır çəkidə məğlubedilməz mütləq dünya çempionu, ukraynalı Aleksandr Usikin komandasının direktoru Sergey Lapin boksçunun növbəti planı haqda danışıb.
Publika.az xəbər verir ki, Lapin Usikin birinci ağır çəki dərəcəsində WBA reytinqində 14-cü olan amerikalı Ceyk Pol ilə MMA qaydalarına uyğun olaraq döyüşmək istəyinə aydınlıq gətirib.
“Biz həm idman nöqteyi-nəzərindən, həm də tamaşaçı və status nöqteyi-nəzərindən məna kəsb edən rəqiblərə diqqət yetirərək bir sıra variantları nəzərdən keçiririk. Demək olar ki, hər bir döyüşçü Ceyk Polu çağırıb. Amma bizim hekayəmiz fərqlidir.