"Liverpul"un yarımmüdafiəçisi Tayler Morton karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Liverpool Echo" yayıb.
Məlumata görə, "qırmızılar" İngiltərənin U-21 millisinin üzvünü "Olimpik Lion"a satacaqlar. Mənbə Mersisayd təmsilçisinin bu transferdən 15 milyon avro qazanacağını və Tayler gələcəkdə başqa kluba satılacağı halda, həmin məbləğin 20 faizinə sahib çıxacağını vurğulayıb.
Qeyd edək ki, Morton "Liverpul"un öz yetirməsidir. O, ötən mövsüm klubunun forması ilə bütün turnurlərdə 4 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat