GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Çində böyüklər üçün əmziklər trend olub.
Globalinfo.az xəbər verir ki, bu barədə SCMP nəşri məlumat yayıb.
Bildirilib ki, məqsəd stressi aradan qaldırmaq və yuxunu yaxşılaşdırmaqdır.
“Yeni trendi sınayanlar bildirirlər ki, əmziklər həqiqətən də onlara sakitləşməyə, narahatlığı azaltmağa və hətta siqareti atmağa belə kömək edir. Çoxları bu əşya vasitəsilə uşaqlıq illərinə qayıtdıqlarınl və işdəki stressin öhdəsindən gəldiklərini deyirlər”, – nəşr bildirib.
Bununla belə, həkimlər mümkün sağlamlıq riskləri barədə xəbərdarlıq ediblər:
“Məsələn, Çenqdudan olan diş həkimi Tang Caomin bildirib ki, əmziklərin uzun müddət istifadəsi dişlərin mövqeyinin dəyişməsinə, çeynəmə zamanı ağrıya və ağzın məhdud açılmasına səbəb ola bilər. Psixoloq Zhang Mo isə hesab edir ki, böyüklər əmziklərə müraciət etmək əvəzinə öz problemlərini birbaşa həll etməlidirlər”.
Leyla Əlisoy
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.