AZ

Tokayev: Qazaxıstan Əfqanıstana yardımını davam etdirəcək

​BAKI, 3 avqust. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Əfqanıstana humanitar yardım, təhsil, ticarət və ərzaq təhlükəsizliyi sahələrində dəstəyini davam etdirəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tokayev bu fikirləri Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə regional mərkəzində çıxışı zamanı səsləndirib.

O, Qazaxıstanın əfqan xalqını humanitar proqramlar, təhsil təşəbbüsləri və ticarət əlaqələrinin inkişafı vasitəsilə dəstəkləməyə sadiq olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, bölgədə uzunmüddətli sabitlik və inkişaf üçün insan ləyaqəti və beynəlxalq hüquq normalarının qorunması əsas şərtlərdəndir.

Tokayev əlavə edib ki, Əfqanıstanda sülh və inkişaf bir-birindən ayrılmazdır və bu ölkədə sabitlik üçün universal hüquqi prinsiplərin təşviqi zəruridir.

Seçilən
3
teleqraf.com

1Mənbələr