AZ

"Liverpul" yetirməsini satır

style='margin-bottom:10px;'>

"Liverpul" yarımmüdafiəçisi Tayler Mortonun "Lion"a transferinə razılıq verib. 

QOL.az xəbər verir ki, bu barədə "Liverpool Echo" nəşri məlumat yayıb.

İngiltərə U-21 yığmasının üzvü üçün mersisaydlılar 15 milyon avro gəlir əldə edəcək. Bundan əlavə, "Liverpul" futbolçunun növbəti transferindən 20 faiz gəlir alacaq.

Morton "Liverpul" akademiyasının yetirməsidir. O, Premyer Liqada əsas komandada 2 oyuna çıxıb. Ötən mövsüm bütün turnirlərdə 4 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
1
teleqraf.com

1Mənbələr