Ukrayna prezidenti Volodimir Zelenski general-leytenant Anatoli Krivonojkonu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.
"Bu gün mən general-leytenant Anatoli Krivonojkonu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı təyin etdim", - Zelenski yazıb.
O qeyd edib ki, minlərlə ukraynalı Ukrayna Silahlı Qüvvələrində xidmət edir, onların səyləri sayəsində “Ukrayna səması həqiqətən Ukraynanın olaraq qalır”. Siyasətçinin sözlərinə görə, bu, Ukraynanı müdafiə edən böyük vətənpərvər birlikdir: döyüş aviasiyası, zenit-raket qoşunları, radiotexniki qoşunlar.
Zelenski əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri 20 illik aviasiya inkişafı strategiyasını həyata keçirir. Xüsusilə, bu il Ukraynanın F-16-ların donanması artırılıb.