AZ

Azərbaycanın iki cüdoçusu Avropa Kubokunda qızıl medal qazandı

BAKI, 3 avqust. TELEQRAF

Azərbaycanın iki cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənclər arasında Avropa Kubokunda qızıl medal qazanıb.

Teleqraf xəbər verir ki, Süleyman Şükürovla Ramazan Əhmədov bütün rəqiblərini üstələyərək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.

81 kq-da yarışan Süleyman Şükürov həlledici qarşılaşmada Kanada təmsilçisi Artyom Neyolovdan güclü olub.

+100 kq-da mübarizə aparan Ramazan Əhmədov isə finalda Monteneqronu təmsil edən Stefan Koviniçi ipponla üstələyib.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olublar.

Seçilən
25
teleqraf.com

1Mənbələr