AZ

"Liverpul" onun transferi ilə bağlı "Lion"la razılığa gəlib

İngiltərənin "Liverpul" klubu gənc yarımmüdafiəçi Tayson Mortonun Fransanın "Lion" komandasına transferinə razılıq verib.

 

90deqiqe.Az "Liverpool Echo"ya istinadən xəbər verir ki,  Premyer Liqa təmsilçisi futbolçunun transferindən 15 milyon avro gəlir əldə edəcək. Müqaviləyə əsasən, "Liverpul" Mortonun gələcək satışından da 20 faiz pay alacaq.

Tayson Morton "Liverpul"un yetirməsidir və əsas komandada Premyer Liqada iki oyun keçirib. Ötən mövsüm müxtəlif turnirlərdə ümumilikdə dörd matçda meydana çıxan futbolçu bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Arne Slotun rəhbərlik etdiyi komanda yay transfer dönəmində artıq iki digər yetirməsini satıb. Qapıçı Kivin Kelleher 18 milyon funt sterlinqə (21,4 milyon avro) "Brentford"a keçib, müdafiəçi Cərrel Kuansa isə 35 milyon avroya, üstəlik 5 milyon avro bonusla Almaniyanın "Bayer" klubuna transfer olunub.

Seçilən
2
90deqiqe.az

1Mənbələr