GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Mən Ramiz Mehdiyevin nə xeyir, nə də şər işinə heç zaman dəvət olunmamışam”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq təhsil naziri Misir Mərdanov “Astar TV”yə müsahibəsində Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışarkən deyib.
“Biz Ramiz Mehdiyevlə bir yerdə işləmişik. Amma özəl, ailəvi işlərində heç vaxt iştirak etməmişəm. O toy bizim bağdan 500 metr uzaqda olub, təxminən qonşuyuq. Toy Novxanıda olmuşdu. Əvvəla, Ramiz Mehdiyev məni toya çağırmazdı. Çağırsaydı belə, getməzdim”, – deyə M.Mərdanov bildirib.
@ulvira_qarayeva#UlviraQarayeva #AStarTV #MisirMərdanov♬ оригинальный звук – Ülvira – Ülvira
Leyla Əlisoy
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.