AZ

Tərtərdə 4 nəfər kanala düşüb

Tərtər. Trend:

Tərtər rayonunda 4 nəfər kanala düşüb.

Trend xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisindəbaş verib.

İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb. Kanal bolsulu olduğundan kanalda olan 4 nəfəri də axın vurub aparıb. Kəndsakinləri kanalda axan bir nəfərin sağ xilas edərək təcili yardımmaşını ilə rayon xəstəxanasına çatdırıb. Bir nəfəri isə ölü haldakanalda axaraq rayonun Dəmirçi istiqamətinə keçdiyini bildiriblər.Digər 2 nəfərdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisə baş verənərazidədirlər.

Seçilən
16
3
az.trend.az

4Mənbələr