AZ

Mövsümə əla başlayan əcnəbi forvard: "Bu, evindiricidir, amma..."

"Sabah" üçün avrokuboklar mövsümü pis keçmir.

Düzdü, "tələbələr" Avropa Liqasında mübarizəni ilk mərhələdəcə dayandırdı.

Amma "Çelye" ilə hər iki görüşdə də Valdas Domburayskasın yetirmələri layiqli mübarizə ilə yadda qalmağı bacarmışdı (2:3, 3:3).

Konfrans Liqasındakı ilk görüş də göstərdi ki, Masazır klubu Avropa arenasında ciddi nəticələr əldə edə bilər.

Komanda ötən mövsüm yarışın qrup mərhələsində çıxış etmiş "Petrokub"la ilk oyundaca iddiasını ortaya qoymuş oldu.

Moldovada keçirilən qarşılaşmada 2 cavabsız qolla qalib gələrək.

Həm "Çelye", həm də "Petrokub"a qarşı bir oyunçunun oyununu xüsusi qeyd etmək yerinə düşər.

Söhbət slovakiyalı forvard Pavol Safrankodan gedir.

30 yaşlı hücumçu avrokuboklardakı 3 görüşdə 3 dəfə rəqib qapılarına yol tapa bilib.

Maraqlıdır, mövsümə bu cür fantastik başlanğıcın arxasında nə durur?

Sportinfo.az-a açıqlamasında Pavol suala bu cür cavab verib:

"Düzü, qol vurmaq hər zaman sevindiricidir.

Amma əsas olan komandanın qələbəsidir.

Şadam ki son matçda vurduğum qol komandamın qələbəsinə töhfə verdi".

XANOĞLAN

Seçilən
3
sportinfo.az

1Mənbələr