AZ

"Beşiktaş" Semih Kılıçsoyu “Kalyari”yə göndərdi

“Beşiktaş” yay transfer dönəmində daha bir futbolçusu ilə vidalaşdığını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Semih Kılıçsoy İtaliya A Seriyası təmsilçisi “Kalyari”yə satınalma şərti ilə 2025/26 mövsümünün sonuna qədər icarəyə verilib.

“Beşiktaş” akademiyasının yetirməsi olan Semih Kılıçsoy klubun əsas komandasında indiyə qədər 159 oyuna çıxıb. O, bu matçlarda 58 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Semih Kılıçsoy bu yay transfer pəncərəsində “Beşiktaş”dan ayrılan yeddinci futbolçudur. Daha əvvəl klub Jedson Fernandeş, Kerem Atakan Kesgin, Baxtiyor Zaynutdinov, Çiro İmmobile, Cekson Muleka və Onur Bulutla yollarını ayırmışdı.

Seçilən
3
90deqiqe.az

1Mənbələr