AZ

Microsoft: Rus hakerlər Moskvadakı xarici səfirlikləri hədəfə alıb...

Diplomatların kompüterlərinə Kremlə bağlı qruplar hücum edilir...

Poliqon xəbər verir ki, Rusiyadakı internet provayderlərinin vasitəsilə Moskvada yerləşən xarici diplomatik nümayəndəliklərin kompüterlərinə kiberhücumlar həyata keçirilir. Bu barədə “Microsoft” şirkəti məlumat yayıb.

Şirkətin bildirdiyinə görə, hücumlar Kremlə bağlı haker qrupları tərəfindən təşkil olunur. Hakerlər diplomatların kompüterlərinə daxil olaraq onların parollarını, bank məlumatlarını ələ keçirir və ekran görüntülərini saxtalaşdıra bilirlər.

“Microsoft” qeyd edir ki, bu hücumları həyata keçirən qrup Rusiya xüsusi xidmət orqanları ilə əlaqəlidir və dünyadakı ən aktiv və inkişaf etmiş kiberqruplardan biri hesab olunur. Hücumlar provayderlərin Rusiya hakimiyyəti ilə əməkdaşlıq etməyə məcbur olması səbəbindən asanlıqla həyata keçirilə bilir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr