AZ

Klaudio Eçeverri “Mançester Siti”dən ayrıla bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Klaudio Eçeverrinin komandadan ayrılma ehtimalı var.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçunu transfer etmək istəyən klublar arasında “Roma” və “Jirona” yer alır. 19 yaşlı futbolçunun İtaliya təmsilçisinə qoşulmaq istədiyi bildirilir, lakin “Mançester Siti” onun İspaniyanın “Jirona” klubuna icarəyə verilməsinə üstünlük verir. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Klaudio Eçeverri 2024-cü ilin əvvəlində Argentina təmsilçisi “River Pleyt”dən “Mançester Siti”yə transfer olunub və yalnız cari ilin yanvarında İngiltərə klubuna qoşulub. Gənc yarımmüdafiəçi “şəhərlilər”in heyətində indiyədək 3 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Seçilən
32
90deqiqe.az

1Mənbələr