Tərtərdə kanalda batan Bərdə sakinlərindən birinin meyiti tapılaraq kanaldan çıxarılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb. Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.
Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.
***
Tərtər rayonunun Cəmilli kəndi ərazisində faciəvi hadisə baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Suqovuşandan çəkilən yeni beton kanala Bərdə rayon sakinləri olan 4 nəfər çimmək məqsədi ilə daxil olub. Kanalda suyun güclü axını səbəbindən onların hamısı suyun axınına qapılıb.