AZ

“Arsenal” 20 yaşlı müdafiəçi alır

“Arsenal” klubu Fransanın “Renn” klubunda çıxış edən müdafiəçi Ceremi Zakeni transfer etmək imkanlarını araşdırır.

90deqiqe.Az-ın məlumatına görə, “topçular” artıq 20 yaşlı futbolçunun agenti ilə ilkin əlaqə qurublar.

Əgər bu transfer baş tutmasa, futbolçu növbəti il üçün transfer siyahısında yer alacaq.

Qeyd edək ki, Zake yaxınlarda “Renn”lə 2029-cu ilə qədər yeni müqavilə imzalayıb.

Keçən mövsüm Ceremi Zake “Renn”də 12 oyunda iştirak edib, 1 məhsuldar ötürmə edib. Mövsümün digər hissəsini isə Fransa ikinci liqası (“Liq 2”) təmsilçisi “Klermon”da keçirib – burada 17 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb.

Transfermarkt-a görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.

Seçilən
1
90deqiqe.az

1Mənbələr