AZ

“Vest Hem” “Nyukasl”ın sabiq hücumçusunu transfer edib

“Nyukasl”ın sabiq hücumçusu Kallum Uilson, uzun müddət azad agent statusunda olduqdan sonra İngiltərə Premyer Liqasının başqa klubunda fəaliyyət göstərəcək.

90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı forvard karyerasını “Vest Hem” klubunda davam etdirəcək.

Tərəflər qısa müddətli əməkdaşlıq üçün razılığa gəliblər və müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

2024/2025 mövsümündə Uilson “Nyukasl”ın heyətində 22 oyunda iştirak edib və cəmi 1 qol vurub.

Futbolçu karyerası ərzində “Koventri” və “Bornmut” kimi klublarda da çıxış edib.

Seçilən
77
90deqiqe.az

1Mənbələr