AZ

Tərtərdə 3 nəfər kanalda batıb

Tərtərdə

Tərtər rayonunda 3 nəfər kanalda batıb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin boğularaq öldüyü ehtimal olunur.

Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Seçilən
78
14
reyting.az

10Mənbələr