Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi sayca 14-cü ölkə oldu".
Oxu.Az xəbər verir ki, bunu "Euronews Türkçe"yə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Suriya müxtəlif boru kəmərləri vasitəsilə Azərbaycandan təbii qaz alan 14-cü ölkədir və bu, Azərbaycanı böyüyən qlobal enerji təchizatçısına çevirir.
Mikayıl Cabbarov təbii qaz tədarükünü Suriyanın yenidən qurulması və normal vəziyyətə qayıtması prosesinə mühüm töhfə kimi qiymətləndirib:
"İqtisadiyyatın normallaşması üçün etibarlı enerji təchizatı son dərəcə vacibdir. Azərbaycan qazı daha stabil elektrik enerjisi istehsalını təmin edəcək və milyonlarla insanın tələbatını ödəyəcək".
Nazir bu addımın təkcə ticari deyil, həm də diplomatik məna daşıdığını vurğulayıb:
"Bu addım ikitərəfli münasibətlərimizdə mühüm səhifə açır", - deyə Mikayıl Cabbarov vurğulayıb, Azərbaycan və Suriya prezidentlərinin Antalya və Bakıda keçirdikləri görüşləri xatırladıb.
Onun sözlərinə görə, təbii qaz layihəsi təkcə ikitərəfli enerji əməkdaşlığı deyil, həm də regional ittifaqın nəticəsidir:
"Bu layihə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin nəticəsidir".
Mikayıl Cabbarov layihənin həyata keçirilməsində hər iki ölkənin liderlərinin və dövlət şirkətlərinin oynadığı rola diqqət çəkib.
Nazir bildirib ki, layihənin mümkünlüyü, eləcə də çatdırılma prosesi bu əməkdaşlıqdan asılıdır. O əlavə edib ki, bu cür addımlar təkcə milli maraqlarla məhdudlaşmır, həm də regional sabitliyə və təhlükəsizliyə töhfə verir. Nazir əvvəlki əməkdaşlıqlara istinad edərək deyib ki, bu, ölkələrimizin əməkdaşlıq etdiyi ilk layihə deyil.
Qətər hökumətinin layihəyə dəstəyini vurğulayan Mikayıl Cabbarov söyləyib:
"Hər iki ölkənin liderləri və dövlət şirkətlərinin xoş niyyəti və əməkdaşlığı olmadan bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Əməkdaşlıq təkcə milli maraqlara deyil, həm də regional sabitliyə və təhlükəsizliyə töhfə verir".
Nazir əlavə edib ki, SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) regional və qlobal enerji bazarlarında nüfuzu getdikcə artır:
"Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha nəzərəçarpan oyunçuya çevrilir.
Digər qonşu ölkələrin Suriyanın yenidən qurulmasına dəstək potensialı barədə sualı cavablandıran Mikayıl Cabbarov bildirib:
"Biz öz adımızdan hərəkət edirik, lakin töhfə vermək istəyən digər ölkələrin də səylərini məmnuniyyətlə qarşılayırıq".
Qeyd edək ki, avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqlinə başlanılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.