AZ

Bakıda bir həftədir itkin düşən qadınla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO

Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Ş.Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
 
"Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Ş.Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də, olduğu yer barədə məlumat verməkdən imtina edib. Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir", - açıqlamada deyilir.
 
17:45
 
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində 20 yaşlı qadın bir həftədir ki, itkin düşüb.
 
Moderator.az-ın məlumatına görə, hadisə iyulun 28-də baş verib.
 
Qəsəbənin Neftçilər küçəsində yaşayan Bayrızadə Şəfa Nüsrət qızı həmin gün gecə saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
 
Məlumata görə, Şəfa Bayrızadə evlidir və bir azyaşlı övladı var. Onun həyat yoldaşı "N" saylı hərbi hissədə hərbi xidmətlə məşğuldur. Qadın evdən çıxarkən övladını evdə tək qoyub. Evi tərk edərkən uzun güllü don geyindiyi bildirilib.
 
Şəfa Bayrızadəni görən və ya onunla bağlı hər hansı məlumatı olan şəxslərdən Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng etmələri xahiş olunur.
Seçilən
85
17
moderator.az

10Mənbələr