AZ

Yadplanetlilərin sirli gəmisi Yerə bu tarixdə çatacaq - Hətta silah da...


Sirli ulduzlararası obyekt 3I/ATLAS 2025-ci ilin sonunda Yerə yaxınlaşa bilər.

News24.az publika.az-a istinadla xəbər verir ki, "Dail Mail"ə istinadla xəbər verir ki, bunu Harvard alimi Avi Loeb deyib.

Bildirilib ki, professor 3I/ATLAS adlı obyekti iyulun 1-də ilk kəşfindən bəri izləyir.

"Loeb onun Yerə 2025-ci il noyabrın 21-dən dekabrın 5-dək çatacağını proqnozlaşdırmışdı", - nəşr yazıb.

Alimin fikrincə, obyekt yadplanetli gəmidirsə, zond, hətta silah da daşıya bilər.

Eyni zamanda, tədqiqatçılar ulduzlararası obyekt üçün bədənin anomal böyük ölçülərini qeyd ediblər. Ehtimal olunur ki, onun eni 19 km-dən çoxdur.

Yupiterin orbitində Günəş sisteminin daxili planetlərinə doğru hərəkət edən 3I/ATLAS adlı ulduzlararası obyekt aşkar edilib. İyul ayında məşhur israilli amerikalı astronom Abram Loeb onun süni mənşəli olduğunu və yadplanetli zond ola biləcəyini fərz etdiyi bir məqalə dərc etdi. Digər elm adamları bu ehtimalı rədd edirlər.



Seçilən
16
2
news24.az

5Mənbələr