BAKI, 3 avqust. TELEQRAF
Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında Bakıda görüş keçirilib.
Teleqrafxəbər verir ki, bu barədə AFP mənbələrinə istinadən xəbər yayıb.
Məlumata görə, görüşdə Suriyadakı vəziyyət müzakirə mövzusu olub.
Bildirilir ki, danışıqlar Əl-Şeybaninin iyulun 30-da Moskvaya səfərindən sonra baş tutub.
Diplomatik mənbə AFP-yə bildirib ki, görüşdə xüsusilə Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti ciddi müzakirə predmeti olub.
Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb.