AZ

“Milan”ı Premyer Liqa klubuna dəyişə bilər

İtaliyanın A Seriyasında “Milan” klubunun formasını geyinən yarımmüdafiəçi Yunus Musa karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Gazzetta dello Sport”a istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi “Nottingem Forest” amerikalı futbolçunun transferində maraqlıdır və yaxın günlərdə “Milan” klubuna rəsmi təklif göndərməyi planlaşdırır.

“Rossoneri” 22 yaşlı futbolçunu satmaq müqabilində təxminən 30 milyon avro gəlir əldə etməyi hədəfləyir.

Qeyd edək ki, Yunus Musa geridə qalan mövsümdə “Milan”ın heyətində 40 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.

Seçilən
53
90deqiqe.az

1Mənbələr