Astrologiyada bəzi bürclər var ki, onlar sevgi münasibəti sahəsində digərlərindən daha çevik davranırlar. Səmimilikləri və ünsiyyətcil olmaları ilə seçilən bu bürclər diqqət çəkirlər.
Referans Türkiyə mətbuatına istinadla qarşı tərəfə doğru ilk addımı atmaqdan çəkinməyən və hər zaman özünə güvənən 3 bürcü təqdim edir.
ƏKİZLƏR
Tükənməz enerjiləri, gülərüz olmaları ilə seçilən Əkizlər bürcü nümayəndələri qarşı cinsi cəlb etməkdə olduqca bacarıqlıdırlar. Sözləri diqqətlə seçmələri sayəsində Əkizlər bürcünün cazibəsinə qarşı dura biləcək insan demək olar ki, yoxdur.
OXATAN
Səyahət həvəsi ilə tanınan Oxatan bürcü nümayəndələri pozitiv enerjiləri və rahat davranışları ilə qarşı cinsi asanlıqla təsir altına ala bilirlər.
DOLÇA
Gözlənilməz davranışları və qərarlı təbiətləri ilə seçilən Dolça bürcünün əlindən nə qaçmaq, nə də gizlənmək mümkündür. Yüksək enerjisi, analitik zəka və məqsədyönlü xarakteri ilə tanınan Dolçalar qarşı cinsi cəlb etməkdə də olduqca uğurludurlar.//Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta